Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib

Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib Vətəndaşların müraciətinin bəziləri yerindəcə həllini tapıb
Sağlamlıq
469
27 Yanvar , 2017 15:20
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib

Bakı. 27 yanvar. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev bu gün İmişli Mərkəzi Rayon Xəstəxanasında İmişli, Saatlı, Sabirabad, Beyləqan rayonlarından olan 57 vətəndaşı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi