Seçki günü “103” xidmətinə 7 seçki dairəsindən müraciət daxil olub

Seçki günü “103” xidmətinə 7 seçki dairəsindən müraciət daxil olub Bakı. 12 aprel. REPORT.AZ/ Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası aprelin 11-də Prezident seçkilərində əhaliyə yüksək səviyyədə xidmət edib.
Sağlamlıq
12 Aprel , 2018 16:48
Seçki günü “103” xidmətinə 7 seçki dairəsindən müraciət daxil olub

Bakı. 12 aprel. REPORT.AZ/ "Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası aprelin 11-də Prezident seçkilərində əhaliyə yüksək səviyyədə xidmət edib".

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, stansiyanın “103” xidmətinə gün ərzində 2087 ümumi müraciət daxil olub ki, bunun da cəmi 7-si seçki dairələrindən olub. 

Daxil olan müraciətlər 16, 40, 17, 27, 1, 125 və 24 saylı seçki məntəqələrindən qeydə alınıb. Müayinələr zamanı hipertoniya, mövsümi allergiya, stenokardiya və baş ağrısı kimi diaqnozlar təyin edilib.

Son xəbərlər

Orphus sistemi