Saatlının Qazanbatan kəndinin tibb məntəqəsində həkim yoxdur

Saatlının Qazanbatan kəndinin tibb məntəqəsində həkim yoxdur Saatlının Qazanbatan kəndinin tibb məntəqəsində həkim yoxdur.
Sağlamlıq
12 Oktyabr , 2022 16:10
Saatlının Qazanbatan kəndinin tibb məntəqəsində həkim yoxdur

Saatlının Qazanbatan kəndinin tibb məntəqəsində həkim yoxdur.

Bu barədə "Report"a yerli sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, 10 ildən çoxdur ki, kənddəki tibb məntəqəsinin qapısı bağlı qalıb:

"15 il bundan əvvələ qədər bura işləyirdi. Yardıma ehtiyacımız olanda müraciət edirdik. Amma son vaxtlar həkim olmadığı üçün, məcbur qalıb rayon mərkəzinə gedirik. Bəzən elə olur ki, xəstəmizi rayon mərkəzinə vaxtında çatdıra bilmirik".

Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki, bu problemdən onlarda xəbərdardır:

"Bu istiqamətdə zəruri tədbirlərin görülməsi planlaşdırılır".

Son xəbərlər

Orphus sistemi