Quterreş: "Dərmanların bərabər bölüşdürülməməsi pandemiya ilə mübarizəyə xələl gətirir"

Quterreş: "Dərmanların bərabər bölüşdürülməməsi pandemiya ilə mübarizəyə xələl gətirir" COVID-19 pandemiyasının qurtarmasına hələ çox var və peyvənd dərmanlarının ölkələr arasında bərabər bölüşdürülməməsi pandemiyanın dəf edilməsini əngəlləyir.
Sağlamlıq
9 Mart , 2022 13:28
Quterreş: Dərmanların bərabər bölüşdürülməməsi pandemiya ilə mübarizəyə xələl gətirir

"COVID-19 pandemiyasının qurtarmasına hələ çox var və peyvənd dərmanlarının ölkələr arasında bərabər bölüşdürülməməsi pandemiyanın dəf edilməsini əngəlləyir".

“Report” xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş COVID-19 xəstəliyinin rəsmi olaraq pandemiya elan olunmasının 2 illiyi ilə bağlı verdiyi bəyanatda bildirib.

“Görülən misilsiz tədbirlər, peyvənd dərmanlarının heyrətamiz sürətlə hazırlanaraq bölüşdürülməsi sayəsində dünyanın bir çox bölgəsində pandemiyanı nəzarətə götürmək mümkün oldu. Amma pandemiyanın artıq qurtardığını düşünənlər böyük səhv edirlər", - o deyib.

Onun sözlərinə görə, peyvənd dərmanlarının bölüşdürülməsində “böyük haqsızlıqlar” var, hər ay 1,5 milyard doza dərman istehsal edilməsinə baxmayaraq hazırda 3 milyard insana heç ilk doza belə vurulmayıb: “Bu da siyasi və büdcə qərarlarında məhz zəngin ölkələrdəki insanların sağlamlığının əsas götürülməsindən irəli gəlir”.

İndiyədək dünyada 449 milyondan çox insanın koronavirusa yoluxduğunu, onlardan 6 milyondan çoxunun dünyasını dəyişdiyini xatırladan Baş katib pandemiyanın başa çatması üçün dünya ölkələrini səyləri artırmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi