Qusarda hasarın aşması nəticəsində yaralanan uşaqların son durumu açıqlandı

Qusarda hasarın aşması nəticəsində yaralanan uşaqların son durumu açıqlandı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Qusarda hasarın aşması nəticəsində xəsarət alan uşaqların son durumunu açıqlayıb.
Sağlamlıq
701
31 May , 2020 12:39
Qusarda hasarın aşması nəticəsində yaralanan uşaqların son durumu açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Qusarda hasarın aşması nəticəsində xəsarət alan uşaqların son durumunu açıqlayıb.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə zamanı xəsarət alan 2010-cu il təvəllüdlü Ramal Şeydayev döş qəfəsinin küt travması, pnevma-hematoroks, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva qarın nahiyəsinin küt travması ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

“Hər iki azyaşlı əməliyyat olunub və hazırda onların vəziyyəti stabil-ağır olaraq qalır”, - TƏBİB sözçücü deyib. 

Onun sözlərinə görə, hadisə nəticəsində dünyasını dəyişən 2012-ci il təvəllüdlü A.Əlisultanovun meyiti ekspertiziya göndərilib. 

Son xəbərlər

Orphus sistemi