Qida Təhlükəsizliyi Agentliyi: "Whatsapp"da yayılan səs yazısındakı məlumatlar əsassızdır

Qida Təhlükəsizliyi Agentliyi: "Whatsapp"da yayılan səs yazısındakı məlumatlar əsassızdır Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Whatsapp mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə yayılan məlumata münasibət bildirib.
Sağlamlıq
25 Sentyabr , 2018 15:52
Qida Təhlükəsizliyi Agentliyi: Whatsappda yayılan səs yazısındakı məlumatlar əsassızdır

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Whatsapp" mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə yayılan məlumata münasibət bildirib.

AQTA-dan "Report"a bildirilib ki, yayılan səs yazısında yer alan məlumatlar reallığı əks etdirmir və əsassızdır: "Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səsbəb olur. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür.

Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcəkdir.

Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik".

Son xəbərlər

Orphus sistemi