Qəbələdə nöqsanlar aşkarlanan restoranın rəhbərliyi məsuliyyətə cəlb edilib

Qəbələdə nöqsanlar aşkarlanan restoranın rəhbərliyi məsuliyyətə cəlb edilib Qəbələdə fəaliyyət göstərən restoranda nöqsanlar aşkar edilib.
Sağlamlıq
4 Avqust , 2022 17:08
Qəbələdə nöqsanlar aşkarlanan restoranın rəhbərliyi məsuliyyətə cəlb edilib

Qəbələdə fəaliyyət göstərən restoranda nöqsanlar aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a verilən məlumaat görə, agentliyin əməkdaşları tərəfindən Qəbələ rayonu, Qəmərvan kəndində fəaliyyət göstərən fiziki şəxs Nuralıyev Nuru Nəsrullah oğluna məxsus “Şəlalə” restoranında aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən edilib.

Belə ki, müəssisənin gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində texnoloji ardıcıllıq və mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi, məişət tullantıları üçün hermetik zibil qablarının quraşdırılmadığı, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar olunub. Müəyyən olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi