Qanunsuz kəsim məntəqələri ilə bağlı reydlər keçirilir

Qanunsuz kəsim məntəqələri ilə bağlı reydlər keçirilir Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Sağlamlıq
19 Noyabr , 2021 10:53
Qanunsuz kəsim məntəqələri ilə bağlı reydlər keçirilir
0 : 00
0 : 00

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Bu barədə "Report"a Agentlikdən məlumat verilib.

Agentlik əməkdaşları Zaqatala rayonu ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib. Reydlər zamanı heyvan kəsimi və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi 16 məntəqə aşkar edilib. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Son xəbərlər

Orphus sistemi