Pəhriz və idman olmadan sürətli arıqlamağın yolu

Pəhriz və idman olmadan sürətli arıqlamağın yolu Böyük Britaniyalı keçmiş model Daniell Lloyd pəhriz saxlamadan və idmanla məşğul olmadan sürətli arıqlamağın sirrini paylaşıb.
Sağlamlıq
1446
16 Yanvar , 2021 02:18
Pəhriz və idman olmadan sürətli arıqlamağın yolu

Böyük Britaniyalı keçmiş model Daniell Lloyd pəhriz saxlamadan və idmanla məşğul olmadan sürətli arıqlamağın sirrini paylaşıb.

“Report”un məlumatına görə, bu barədə model özünün sosial şəbəkədəki hesabında yazıb.

37 yaşlı model bildirib ki, arıqlamaq üçün xüsusi pəhriz saxlamayıb və yalnız gün ərzində iki dəfə keton kokteyli qəbul edib. Bundan əlavə, Lloyd karbohidrat qəbulunu azaldıb və idman etməyib.

Adi metabolizmdə orqanizm karbohidratların və yağların hissələrə ayrılmasından enerji alır. Əgər bu cür maddələr mübadiləsi kifayət deyilsə, ketoz və ya aclıq mərhələsi işə düşür. Bu zaman orqanizm keton əldə edilməsi üçün yağları sərf edir.

“Keton kokteyl”inin prinsipi olduqca sadədir. Orqanizm hansısa müddətə karbohidratlardan həzm üçün rahat və səmərəli enerji mənbəyi olan ketonlara keçir. İçki hələ satışda yoxdur. Onun effektivliyini və dinc həyat çərçivəsində təhlükəsizliyini təsdiq etmək üçün əlavə təcrübələr tələb olunur.

Son xəbərlər

Orphus sistemi