Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi, sosial izolyasiya kimi tədbirləri davam etdirilir.
"Report" xəbər verir ki, hazırkı durumda bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi məqsədilə
Heydər Əliyev Fondunun vitse-prezidenti
Ötən gün Milli Məclisin iclasında spiker Sahibə Qafarova da cəmiyyətdə aksiyaya böyük dəstək nümayiş etdirildiyini vurğulayıb. S.Qafarova parlamentin də qanvermə askiyasına qoşulacağını və Milli Məclisdə bunun üçün xüsusi yer ayrıldığını qeyd edib. Spiker deputatlara da müraciət edərək, aksiyaya qoşulmağa dəvət edib.
Bu gün parlamentdə həyata keçirilən qanvermə aksiyasında deputatlar, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları iştirak ediblər.
Aksiyaya qoşulan Parlament Jurnalistlər Birliyinin üzvləri də Milli Məclisdə könüllü qan veriblər. İlk dəfə olaraq, jurnalistlərin kütləvi şəkildə qanvermə aksiyasına qoşulması həyata keçirilib.
Media əməkdaşları hər kəsi qanvermə tədbirlərinə qoşulmağa dəvət ediblər.