Ötən il COVID-19-la mübarizəyə 800,8 milyon manat vəsait xərclənib

Ötən il COVID-19-la mübarizəyə 800,8 milyon manat vəsait xərclənib Ötən il ölkədə davam edən koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri üçün faktiki olaraq 800,8 mln. manat (o cümlədən, dövlət büdcəsinin vəsaitindən 520,9 mln. manat, İcbari tibbi sığorta fondunun vəsaitindən 279,9 mln. manat) istifadə
Sağlamlıq
9 Mart , 2022 13:18
Ötən il COVID-19-la mübarizəyə 800,8 milyon manat vəsait xərclənib

Ötən il ölkədə davam edən koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri üçün faktiki olaraq 800,8 mln. manat (o cümlədən, dövlət büdcəsinin vəsaitindən 520,9 milyon manat, İcbari Tibbi Sığorta Fondunun vəsaitindən 279,9 mln. manat) istifadə olunub.

"Report"un xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Ayrılmış vəsaitin 314,1 mln. manatı vaksinlərtin alınmasına, 165,8 mln. manatı tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə, 132,9 mln. manatı modeul tipli xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, 115,3 milyon manatı dərman, tibbi lavazimatlar, avadanlıqlar və digər malların və xidmətlərin alınmasına, 46,1 milyon manatı COVİD-19 testlərinin (reagentlərin) alınmasına, 20,8 mln. manatı özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən tam təsərrüfat hesablı tibb müəssisələrinin fəaliyyətinin təmin edilməsinə, 5,0 mln. manatı karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə xərclərin ödənilməsinə və 0,8 milyon manatı Naxçıvan Muxtar Respublikasına pandemiya ilə mübarizə tədbirlərinə istifadə olunub.

Son xəbərlər

Orphus sistemi