Orxan Cəfərov: "Marixuana şizofreniya xəstəliyinə təkan verən narkotik vasitədir"

Orxan Cəfərov: "Marixuana şizofreniya xəstəliyinə təkan verən narkotik vasitədir" “Bir çox narkotik istifadəçiləri ilə söhbət əsnasında marixuananın insanda heç bir asılılıq yaratmayan və zərəri olmayan növ olduğunu bildirirlər. Ancaq bu, tamamilə yalnış fikirdir”.
Sağlamlıq
8 Dekabr , 2021 15:27
Orxan Cəfərov: Marixuana şizofreniya xəstəliyinə təkan verən narkotik vasitədir

“Bir çox narkotik istifadəçiləri ilə söhbət əsnasında marixuananın insanda heç bir asılılıq yaratmayan və zərəri olmayan növ olduğunu bildirirlər. Ancaq bu, tamamilə yalnış fikirdir”.

“Report” xəbər verir ki, bu fikirləri Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

Onun sözlərinə görə, marixuana təhlükəli növdür: “Bu, insanda güclü psixoloji pozğunluq yaradır. Bundan başqa, marixuana kimi şizofreniya xəstəliyinə təkan verən ikinci narkotik növü yoxdur. Marixuana istifadəsi insanda fiziki asılılıq yaratmasa da, psixi asılılıq yaradır”.

O.Cəfərov bildirib ki, 2 723 nəfər qeydiyyatdan çıxarılıb.

Son xəbərlər

Orphus sistemi