"Omikron" ştamı ilə bağlı yeni iddia: insandan heyvana keçir və mutasiyaya uğrayır

"Omikron" ştamı ilə bağlı yeni iddia: insandan heyvana keçir və mutasiyaya uğrayır Koronavirus epidemiyasının mutasiyaya uğramış variantı olan "omikron" ştamı ilə bağlı narahatlıqlar getdikcə artır. Ştam haqqında çox danışılan yeni iddia onun gəmiricilərdə təkamül keçirə biləcəyidir.
Sağlamlıq
6 Dekabr , 2021 06:17
Omikron ştamı ilə bağlı yeni iddia: insandan heyvana keçir və mutasiyaya uğrayır

Koronavirus epidemiyasının mutasiyaya uğramış variantı olan "omikron" ştamı ilə bağlı narahatlıqlar getdikcə artır. Ştam haqqında çox danışılan yeni iddia onun gəmiricilərdə təkamül keçirə biləcəyidir.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu iddia ilə mutasiyanı ilk aşkar edən alimlərdən biri olan botsvanalı zabit Sixulile Moyo çıxış edib.

O, virusların sürətli mutasiya imkanlarını araşdırarkən immuniteti aşağı olan insanlarda koronavirusun normaldan daha uzun müddət qalması və bədəndə inkişaf etməsi qənaətinə gəlib.

Mütəxəssis, həmçinin koronavirusa yoluxmuş insanın bir heyvanı yoluxdurduqdan sonra heyvanın bədənində onun mutasiyaya uğraya bilməsi ehtimalını irəli sürüb. Belə ki, heyvan orqanizmində mutasiyaya uğrayan koronavirus yenidən qısa zamanda insana yoluxa bilər.

Son xəbərlər

Orphus sistemi