Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı bəyanat verib

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı bəyanat verib Bakı. 16 yanvar. REPORT.AZ/ Səhiyyə Nazirliyi sosial şəbəkələrdə Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Sağlamlıq
952
16 Yanvar , 2019 17:40
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı bəyanat verib

Bakı. 16 yanvar. REPORT.AZ/ Səhiyyə Nazirliyi sosial şəbəkələrdə Azərbaycana küləklə birlikdə "donuz qripi" virusunun gəlməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. 

Nazirlikdən "Report"a daxil olan bəyanatda bildirilib ki, bu barədə yayılan məlumat həqiqətə uyğun deyil. 

Qeyd olunub ki, ölkədə "donuz qripi" virusu yayılmayıb: "Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır". 

Son xəbərlər

Orphus sistemi