Səhiyyə Nazirliyi: Xamis Məmmədova ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub - YENİLƏNİB

Səhiyyə Nazirliyi: Xamis Məmmədova ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub - YENİLƏNİB Bakı. 28 yanvar. REPORT.AZ/ Səhiyyə Nazirliyi idmançı Xamis Məmmədovun ölməsi barədə rəsmi açıqlama yayıb.
Sağlamlıq
2437
28 Yanvar , 2019 10:55
Səhiyyə Nazirliyi:  Xamis Məmmədova ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 28 yanvar. REPORT.AZ/ Səhiyyə Nazirliyi idmançı Xamis Məmmədovun ölməsi barədə rəsmi açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, idmançı Xamis Məmmədov 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib: "Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub".


10:25

Bakı. 28 yanvar. REPORT.AZ/ Səhiyyə Nazirliyi qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədovun qripdən dünyasını dəyişməsi barədə məlumatlara münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, həmin şəxs xəstəxanaya müraciət etməyib.

“Meyit də Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim edilmədiyi üçün onun hansı səbəbdən ölməsini demək mümkün deyil”, - nazirlikdən bildirilib.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova mətbuata açıqlamasında mərhumun bir müddət əvvəl soyuqdəymədən müalicə aldığını və daha sonra xəstəliyin şiddətlənərək bədənində iltihabi prosesə səbəb olduğundan dünyasını dəyişdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi