İşçi qrupun katibi: "Tibbi tullantıların düzgün idarəolunmasına güclü nəzarət mexanizmi yaradılmalıdır"

İşçi qrupun katibi: "Tibbi tullantıların düzgün idarəolunmasına güclü nəzarət mexanizmi yaradılmalıdır" Tibbi tullantıların düzgün idarəolunmasına güclü nəzarət mexanizmi olmalıdır.
Sağlamlıq
21 Dekabr , 2023 13:24
İşçi qrupun katibi: Tibbi tullantıların düzgün idarəolunmasına güclü nəzarət mexanizmi yaradılmalıdır

Tibbi tullantıların düzgün idarəolunmasına güclü nəzarət mexanizmi olmalıdır.

“Report” xəbər verir ki, bunu Tibbi tullantıların idarə olunması işinin təkmilləşdirilməsi üzrə işçi qrupun katibi, Bakı Baş Səhiyyə Mərkəzinin İlkin səhiyyə xidmətinin inkişafı departamentinin rəhbəri Gülnarə Yusifova parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, tibb müəssisələrində müxtəlif növ tullantılar hasil olunur və bunun da 80 %-i təhlükəsiz tullantılar sinfinə aiddir: “Yerdə qalan 16 % tibbi, 4 % kimyəvi və s. növdədir. Tibbi tullantıların düzgün idarə olunmaması canlılar arasında infeksion xəstəliklərin artmasına, gələcəkdə yerli zədələnmələrə və digər problemlərə səbəb olacaq”.

“Azad olunan ərazilərdə tibb müəssisələrinin fəaliyyəti həmin yerlərdə tullantıların keyfiyyətli idarə olunmasını zəruri edir. İlk növbədə tibb işçilərinin və tullantıların daşınma, zərərsizləşdirilməsində iştirak edən personalın tibbi tullantılarla işləmə səriştəliliyinin artırılması üçün vahid mexanizmin işlənib hazırlanması vacibdir. Azərbaycanda tibbi tullantıların zərərsizləşdirilməsi müəssisələrinin yaradılması önəmlidir. Yaxın müddətə qədər tariflərin artması sahibkarlıq subyektlərinin bu məsələyə marağının azalmasına səbəb olub. Keçən ildən qiymətlərin 8 dəfə artırılması buna sübutdur”, - işçi qrupun katibi əlavə edib.

Son xəbərlər

Orphus sistemi