Nazir: “Türkiyə və Azərbaycan iki önəmli güc mərkəzidir”

Nazir: “Türkiyə və Azərbaycan iki önəmli güc mərkəzidir” “Türkiyə və Azərbaycan dövlətləri iki önəmli güc mərkəzidir. Hər sahədə olduğu kimi tibb sahəsində əlaqələr yüksələn xətlə davam edir. Bu sahədə görüləcək işlərimiz hələ çoxdur”.
Sağlamlıq
22 Sentyabr , 2022 10:41
Nazir: “Türkiyə və Azərbaycan iki önəmli güc mərkəzidir”
Fahrettin Koca

“Türkiyə və Azərbaycan dövlətləri iki önəmli güc mərkəzidir. Hər sahədə olduğu kimi, tibb sahəsində əlaqələr yüksələn xətlə davam edir. Bu sahədə görüləcək işlərimiz hələ çoxdur”.

“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, türk şirkətlərinin Azərbaycandakı yatırımı 12 milyard dolları keçib: “Türkiyədəki Azərbaycan şirkətlərinin yatırımı isə 20 milyard dolların üzərindədir. İkili ticarət həcmi, təxminən, 5 milyard dollar civarındadır.

Bu rəqəmin 15 milyard dollara çatmasında qatqılarımızın olacağına inanırıq. Türkiyə və Azərbaycan dərman, tibbi avadanlıq, kosmetika, xəstə müalicəsi və səhiyyə sahəsindəki yatırımlar istiqamətində qarşılıqlı ticari tərəfdaşdırlar. İldə, təxminən, 500 minə yaxın Azərbaycan vətəndaşı Türkiyəyə turist kimi səfər edir”.

Son xəbərlər

Orphus sistemi