Nazir Oqtay Şirəliyev Salyan rayonunda vətəndaşlar üçün qəbul keçirəcək

Nazir Oqtay Şirəliyev Salyan rayonunda vətəndaşlar üçün qəbul keçirəcək Qəbula yazılmaq istəyən vətəndaşlar Salyan rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər
Sağlamlıq
16 Oktyabr , 2014 11:42
Nazir Oqtay Şirəliyev Salyan rayonunda vətəndaşlar üçün qəbul keçirəcək
Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 17-də Salyan rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Bu barədə “Report”a Səhiyyə Nazirliyindən bildirilib.

Nazir Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabad sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Salyan rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi