Müntəzəm baş ağrılarının səbəbləri açıqlandı

Müntəzəm baş ağrılarının səbəbləri açıqlandı Orta yaşlı insanlarda müntəzəm baş ağrısı yüksək qan təzyiqi ilə əlaqələndirilə bilər
Sağlamlıq
23 Mart , 2021 04:29
Müntəzəm baş ağrılarının səbəbləri açıqlandı

“Orta yaşlı insanlarda müntəzəm baş ağrısı yüksək qan təzyiqi, yaşlı insanlarda isə qlaukoma inkişafı (gözdaxili təzyiqin yüksəlməsi – Report) ilə əlaqələndirilə bilər”.

“Report”un məlumatına görə, bunu həkim-terapevt İrina Yarçeva “RT”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, baş ağrısını həmçinin stress, həddindən artıq gərginlik və yuxu çatışmazlığı da yaradır.

“Buna görə yuxu, iş və istirahət rejiminizi uyğunlaşdırın, stress səviyyəsini də izləmək çox vacibdir. Yəni vaxtında işinizə ara verin, diqqətinizi yayındırın, idmanla məşğul olun. Profilaktik tədbir olaraq müntəzəm olaraq baş nahiyənizə masaj və gimnastika etmək lazımdır”.

Həkim bildirib ki, baş ağrısından tez zamanda qurtulmaq üçün steroid olmayan antiinflamatuar dərmanlardan istifadə etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi