Səhiyyə Nazirliyinin rəsmisi: "Müayinə olunacaq şəxslərin təxminən 24%-i Bakının payına düşür"

Səhiyyə Nazirliyinin rəsmisi: "Müayinə olunacaq şəxslərin təxminən 24%-i Bakının payına düşür" "Bir ilə orta hesabla Azərbaycanda 85-90 min nikah qeydə alınır, bu da 170-180 min şəxsin müayinə olunması deməkdir"
Sağlamlıq
29 May , 2015 18:51
Səhiyyə Nazirliyinin rəsmisi: Müayinə olunacaq şəxslərin təxminən 24%-i Bakının payına düşür

Bakı. 29 may. REPORT.AZ/ "2013-2014-cü illərin statistikası göstərir ki, bir ilə orta hesabla Azərbaycanda 85-90 min nikah qeydə alınır. Bu isə 170-180 min şəxsin müayinə olunması deməkdir". "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov nazirliyin kollegiya iclasında çıxışı zamanı deyib. 

O bildirib ki, müayinə olunacaq şəxslərdən təxminən 24%-i Bakı şəhərinin payına düşür, qalan 76%-i isə respublikanın regionlarına aiddir: “Beləliklə, orta hesabla Bakı şəhərində bir gündə 50-60, regionlarda isə 180-ə yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir”. 

G.Poladov çıxışının sonunda belə bir əhəmiyyətli tədbirə cəlb olunan müəssisələrin sayının yetərincə olmasını yerlərdə bu işin öhdəsindən layiqincə gəlinəcəyinə əminlik yaratdığını deyib.

Son xəbərlər

Orphus sistemi