Müalicəvi Diaqnostika Mərkəzində Hepatit B və C-nin pulsuz müayinəsinə başlanılıb

Müalicəvi Diaqnostika Mərkəzində Hepatit B və C-nin pulsuz müayinəsinə başlanılıb Müayinələr bir ay davam edəcək
Sağlamlıq
24 May , 2016 10:28
Müalicəvi Diaqnostika Mərkəzində Hepatit B və C-nin pulsuz müayinəsinə başlanılıb

Bakı. 24 may. REPORT.AZ/ Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) Hepatit B və C-nin pulsuz müayinəsinə başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan vətəndaşları mərkəzdə pulsuz müayinədən keçə bilərlər. Bir ay müddətində davam edəcək müayinələrdən keçən şəxslər xaricdə təhsil alan həkim-hepatoloqun konsultasiyasına və həkim tərəfindən təyin olunan laborator müayinələrinə 20 faiz endirimdən də faydalana biləcəklər.

Xatırladaq ki, qaraciyərin iltihabına gətirən ciddi virus xəstəliyi olan Hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb. Bu xəstəliyin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumilikdə xəstəliyin müalicəsində böyük rol oyanır.

Son xəbərlər

Orphus sistemi