Milli Məclisin Səhiyyə Komitəsinin yaz sessiyasının İş Planı təsdiqlənib

Milli Məclisin Səhiyyə Komitəsinin yaz sessiyasının İş Planı təsdiqlənib Əhliman Əmiraslanov: “Psixoloji yardım haqqında” qanun layihəsi artıq hazırdır”
Sağlamlıq
18 Yanvar , 2017 13:34
Milli Məclisin Səhiyyə Komitəsinin yaz sessiyasının İş Planı təsdiqlənib

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsinin 2017-ci ilin yaz sessiyası üçün İş Planı təsdiqlənib.

“Report”un xəbərinə görə, komitənin bugün keçirilən iclasında bildirilib ki, Səhiyyə komitəsi 2016-cı ilin payız sessiyasında səmərli fəaliyyət göstərib.

İclasda komitənin İş Planı təsdiqlənib. İş Planına Azərbaycan Prezidetinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Psixoloji yardım haqqında”, “Reproduktiv sağamlıq haqqında” qanun layihələri, Gözün buynuz qişasının transplantasiyası ilə bağlın müvafiq qanunvericilik aktlara dəyişikliklərin edilməsi, Optika xidmətinin yaxşılaşdırılması ilə bağlı müvafiq qanunverici aktlara dəyişikliklərin edilməsi, “Pasiyentin hüquqlarının qorunması haqqında” qanun layihəsinin hazırlanmasına dair dinləmə, Komitəyə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması, komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun və daxil olan ərizə və şikayətlərlə işin təşkili və 2016-cı ilin payız sessiyası dövründə görülən işlər barədə komitənin hesabatının hazırlanması daxildir.

Komitə sədri Əhliman Əmiraslanov deyib ki, “Psixoloji yardım haqqında” qanun layihəsi artıq hazırdır, yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi