Mehmanxanalarda qaydaların kobud şəkildə pozulması faktları aşkarlanıb

Mehmanxanalarda qaydaların kobud şəkildə pozulması faktları aşkarlanıb Əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə, pandemiya şəraitində mehmanxanaların ictimai iaşə məkanlarında xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata k
Sağlamlıq
870
22 Sentyabr , 2020 18:09
Mehmanxanalarda qaydaların kobud şəkildə pozulması faktları aşkarlanıb

Əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə, pandemiya şəraitində mehmanxanaların ictimai iaşə məkanlarında xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.

AQTA-dan "Report"a bildirilib ki, infeksiyanın yayılma riskini azaltmaq üçün qonaqlar arasında növbənin tənzimlənməsi əsas şərtlərdən biridir.

Belə ki, mehmanxanaların daxilindəki ictimai iaşə məkanlarında növbə sistemi qurulmalı, baryerlər qoyulmalı və ya işçi heyət tərəfindən qonaqların yönləndirilməsi təmin edilməlidir. Həmçinin azı 2 metrlik fiziki (sosial) məsafənin təmin edilməsi məqsədilə, iaşə məkanında növbə yarana biləcək bütün ərazilərin döşəmələri xüsusi işarələrlə nişanlanmalıdır.

İstər qonaqlar, istərsə də işçi heyət tərəfindən əl və tənəffüs gigiyenasına riayət edilməsi COVID-19-a yoluxmanın qarşısını alan vacib şərtlərdəndir. İctimai iaşə zonalarına yalnız qoruyucu maskadan istifadə edən qonaqlar daxil ola bilərlər. Maskası olmayan şəxslərə isə girişdə maskalar təqdim edilməlidir. Yeyib-içmə zamanından başqa, bütün digər vaxtlarda və masanı tərk etdikdə qonaqların maskadan istifadə etmələrinə nəzarət olunmalıdır.

Hava-damcı yolu ilə ötürülən xəstəliklərin, xüsusilə də COVID-19-un yayılmasının qarşısının alınması üçün, ümumi istifadədə olan çay və qəhvə maşınları, su dispenserləri və digər avadanlıqlardan içkilərin yalnız mehmanxana işçisi tərəfindən qonaqlara təqdim olunması tövsiyə edilir. Qaydalara əsasən, açıq bufet xidməti, habelə mehmanxananın  ictimai iaşə məkanlarından kənarda özünəxidmət yolu ilə yeyib-içmək xidməti fəaliyyət göstərməməlidir.

Tələblərə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədi ilə, aidiyyəti qurumların əməkdaşlarından ibarət birgə monitorinq qrupları paytaxt Bakı ilə yanaşı, respublikanın bütün bölgələrində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Monitorinqlər zamanı sahibkarlıq subyektlərində metodiki göstərişlərin  tələblərinə əməl edilməsi vəziyyəti öyrənilir, sahibkarlara Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələbləri izah edilir.

Aparılan monitorinqlər zamanı mehmanxanalarda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir ki, istehlakçıların və mehmanxana əməkdaşlarının sağlamlığının qorunması istiqamətində mehmanxanaların ictimai iaşə məkanlarında xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir. Əks təqdirdə, qanunvericiliyin tələblərini pozmuş şəxslər inzibati məsuliyyətə cəlb olunaraq, barələrində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək, müvafiq qərarlar qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi