Laboratoriya müdiri: "Xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən dərmanın müalicə üçün xeyri olmur"

Laboratoriya müdiri: "Xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən dərmanın müalicə üçün xeyri olmur" Bakı. 20 fevral. REPORT.AZ/ Ola bilər ki, xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən hansısa dərman vasitələrinin müalicə üçün xeyri olmur.
Sağlamlıq
20 Fevral , 2018 11:53
Laboratoriya müdiri: Xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən dərmanın müalicə üçün xeyri olmur
Report/ Firi Salim

Bakı. 20 fevral. REPORT.AZ/ "Ola bilər ki, xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən hansısa dərman vasitələrinin müalicə üçün xeyri olmur".

"Report"un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Çingiz Şükürov deyib.

O bildirib ki, hər bir insan orqanizmi fərdidir, buna görə də orqanizmlərə individual yanaşmaq lazımdır: "Çünki müalicə üçün düzgün dərman seçilməyə bilər, amma diaqnoz düzgün qoyulduqda həmin xəstəliyin müalicəsi üçün lazım olan təsiredici maddə düzgün seçilərsə müalicə öz effektini verir. Ola bilər ki, dərman xəstəyə individual olaraq təsir göstərməyə bilər, bu da insan orqanizmindən asılıdır. Hər bir təsiredici maddələr üçün alternativlər var. Dərman vasitələrinin keyfiyyəti laboratoriyalarda dəqiqliklə yoxlanılır və onun tərkib maddələri dəqiq təyin edilir".

Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin qeydiyyatı və ekspertizası şöbəsinin baş mütəxəssisi Ulduz Eyvazova isə bildirib ki, çox zaman dərmanın əlavə təsirinin aşılması zəhərlənmələrə səbəb olur: "Məsələn, göz damcısının, yaxud şərbət açıldıqdan sonra müəyyən müddət ərzində istifadə edilməlidir. Lakin buna riayət edilmir. Ona görə də dərman zəhərlənmələrinə dərmanın keyfiyyətsizliyi deyil, doza həddinin aşılması səbəb olur".

Son xəbərlər

Orphus sistemi