“Yoluxmuş şəxslərin və onlarla təmasda olanların evi tərk etməsi koronavirus infeksiyasının yayılmasına təsir edən amillərdəndir. Bizim o qədər imkanımız yoxdur ki, hər kəsə tək-tək nəzarət edək”.
“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, yoluxmuş ola biləcək və aşkar edilməyən faktlar da təhlükəli haldır: “Ona görə də qoyulan qaydalara ciddi əməl etmək lazımdır. Simptomları olmayan şəxslər də var. Evdə müalicə alan şəxslərin sağlamlığına nəzarət edə bilərik. Gün ərzində iki dəfə həmin şəxslər sorğu-sual edilir və evlərə mütəxəssis göndərilir. Nəzarət daha da sərtləşdiriləcək”.