“Əgər bir körpə koronavirusa yoluxubsa, uşaqlar üçün ayrılan xəstəxanada ananın müşahidəsi ilə müalicə aparılır. Əksi baş verərsə və ya ana ilə övladı eyni anda yoluxubsa, hər ikisinin müalicəsi digər tibb müəssisəsində bir palatada həyata keçirilir”.
“Report” xəbər verir ki, bunu Yeni Klinika Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.
O bildirib ki, bu gün ölkədə belə xəstələrin sayı 10-larladır: “Söhbət 16 yaşa qədər olan yeniyetmələrdən söhbət gedir”.
P.Abbasov qeyd edib ki, hazırda klinikada 50 yaşın üzərində olan xəstələr üstünlük təşkil edir: “Bu da xəstələrin 70%-i deməkdir. Yaşından asılı olaraq müalicə protokolları dəyişir. Gedişat da xəstəliyin mərhələsindən asılıdır. Ümumi protokol isə eynidir. Ağırlaşmaya görə müalicə həkimin rəyindən asılıdır. Fərqlilik reanimasiya şəraitində olan xəstələrə görədir”.