KİV: KXDR-də koronavirusa ilk yoluxma qeydə alınıb

KİV: KXDR-də koronavirusa ilk yoluxma qeydə alınıb Şimali Koreya hakimiyyəti ölkədə ilk koronavirusa yoluxma halını müəyyən edib.
Sağlamlıq
12 May , 2022 06:51
KİV: KXDR-də koronavirusa ilk yoluxma qeydə alınıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) hakimiyyəti ölkədə ilk koronavirusa yoluxma halını müəyyən edib.

“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumatda deyilir.

“Ölkədə böyük fövqəladə hadisə baş verdi, 2020-ci ilin fevralından bu günə kimi iki il üç ay ərzində etibarlı şəkildə qorunan anti-epidemiya cəbhəsi yarıldı”, -xəbərdə deyilir.

“Mayın 8-də paytaxtda toplanmış nümunələrin analizlərinin nəticələri diqqətlə araşdırıldıqdan sonra onların son vaxtlar bütün dünyada sürətlə yayılan “omikron” ştammı BA.2 yarımtipi ilə üst-üstə düşməsi qərara alınıb”, - bildirilir.

Hadisə ilə əlaqədar KXDR lideri Kim Çen Inın da iştirak etdiyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası çağırılıb. "Təhlükəsizlik boşluqlarının qarşısını almaq üçün hər şeyi etməliyik, sərhədlərdə və (koronavirus) cəbhəsində işi gücləndirməliyik", - agentlik əlavə edib.

Əvvəllər respublikanın hakimiyyət orqanları koronavirusa yoluxma hallarının aşkarlanması barədə məlumat vermirdilər.

Lakin 2020-ci ilin iyulunda da Koreya Mərkəzi Teleqraf Agentliyi bu barədə məlumat yayıb. Həmin vaxt Koreya Xalq Demokratik Respublikasının Epidemiya ilə mübarizə üzrə Təşkilatı bildirib ki, KXDR-ə qayıtmış şəxsin koronavirus analizlərinin nəticələri qeyri-müəyyəndir. Onunla bağlı sərt karantin qaydaları tətbiq edilib. Hazırda hakimiyyət orqanları virusa yoluxduğu şübhə edilən bu şəxsin əlaqədə olduğu adamları müəyyənləşdirir.

Yoluxma hadisəsi ilə bağlı Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosu fövqəladə iclası çağırılıb. Virusa yoluxmanın aşkarlandığı Keson şəhərində vəziyyətin müzakirəsi üçün keçirilən iclasda Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In da iştirak edib.

Son xəbərlər

Orphus sistemi