KİV: “Astra Zeneca”nın dərmanının istehsalı ləngiyir

KİV: “Astra Zeneca”nın dərmanının istehsalı ləngiyir Böyük Britaniyanın “Astra Zeneca” əczaçılıq şirkətinin Oksford Universiteti əməkdaşları ilə birgə təqdim etdiyi koronavirus dərmanının istehsalı ləngiyir.
Sağlamlıq
645
8 Dekabr , 2020 14:58
KİV: “Astra Zeneca”nın dərmanının istehsalı ləngiyir

Böyük Britaniyanın “Astra Zeneca” əczaçılıq şirkətinin Oksford Universiteti əməkdaşları ilə birgə təqdim etdiyi koronavirus dərmanının istehsalı ləngiyir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, ötən gün hökumətin peyvənd dərmanlarına dair işçi qrupu bu il sözügedən dərmandan cəmi 4 milyon dozun ölkəyə gətiriləcəyini, halbuki daha əvvəl ilin sonunadək ölkədə həmin dərmandan 30 milyon doz istehsal etməyin nəzərdə tutulduğunu etiraf edib.

Bütövlükdə hökumətin sifariş etdiyi 100 milyon dozun azı 80 milyonunun ölkə daxilində istehsal olunacağı bildirilir.

Xatırladaq ki, ötən ay bu dərmanın klinik sınaqları zamanı orta hesabla 70,4 faiz səmərəli olduğu üzə çıxmışdı.

Son xəbərlər

Orphus sistemi