İrandan Azərbaycana gətirilən 1 000 kq zəncəfil istifadəyə yararsız çıxdı

İrandan Azərbaycana gətirilən 1 000 kq zəncəfil istifadəyə yararsız çıxdı 1 000 kq zəncəfil məhsuluna baxış keçirilb
Sağlamlıq
1 Aprel , 2021 16:24
İrandan Azərbaycana gətirilən 1 000 kq zəncəfil istifadəyə yararsız çıxdı
0 : 00
0 : 00

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan "Report"a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Frei Group” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən 1 000 kq zəncəfil məhsuluna baxış keçirilb.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi