İnsanı arıqladır, stressi azaldır, yaddaşı gücləndirir

İnsanı arıqladır, stressi azaldır, yaddaşı gücləndirir Bundan başqa, çeynəyici əzələlərin işləməsi əlavə kalorilər yandırır, davamlı təkrar edilən hərəkətlər isə insanın emosional durumunu stabilləşdirir
Sağlamlıq
29 İyul , 2020 11:02
İnsanı arıqladır, stressi azaldır, yaddaşı gücləndirir

“Saqqız çeynəmək insanı arıqlada, stressin öhdəsindən gəlməyə kömək edə və yaddaşı gücləndirə bilər".

“Report” xəbər verir ki, bunu Moskvanın Səhiyyə Departamentinin dietoloqu Antonina Starodubova deyib.

“Saqqızın insan çəkisini azaltmasına dair məlumatlar var. Ancaq düşünməyin ki, saqqız vasitəsilə heç bir əziyyət çəkmədən arıqlaya bilərsiniz. Bununla belə, bəzi insanlarda saqqızın mütəmadi çeynənməsi iştahın azalması, daha az qəlyanaltı etmək ilə nəticələnib. Buna səbəb ağızın məşğul olması, həmçinin dadbilmənin dəyişməsidir”, - mütəxəssis bildirib.

Bundan başqa, çeynəyici əzələlərin işləməsi əlavə kalorilər yandırır, davamlı təkrar edilən hərəkətlər isə insanın emosional durumunu stabilləşdirir.

Məlumata görə, 15-20 dəqiqə saqqız çeynəmək qısamüddətli yaddaşa yardımçı ola bilər.

Lakin müsbət cəhətlərlə yanaşı, saqqızın mənfi təsirləri də mövcuddur. Məsələn, daimi saqqız çeynəmək artikulyasiya pozuntusu, plomb, diş tacı, vinir və implantları dağıda bilər. 

Son xəbərlər

Orphus sistemi