İnfeksionist: "Uşaqların həssas qrupa daxil olması xəstələnmələrini qaçılmaz edir"

İnfeksionist: "Uşaqların həssas qrupa daxil olması xəstələnmələrini qaçılmaz edir" "Uşaqların həssas qrupa daxil olması onların xəstələnməsi hallarını qaçılmaz edir".
Sağlamlıq
9 Fevral , 2022 15:28
İnfeksionist: Uşaqların həssas qrupa daxil olması xəstələnmələrini qaçılmaz edir

"Uşaqların həssas qrupa daxil olması onların xəstələnməsi hallarını qaçılmaz edir".

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, yaşlı nəsil və risk qrupuna aid olanlara vaksin vuruldu: “Onların xeyli hissəsi xəstələnərək təbii immunitet qazanmış oldu. Hazırda ölkədə 12 yaşdan yuxarı olan yeniyetmələrə peyvənd icazəsi verilib. Məktəblər açılandan sonra təmaslar artdı, əvvəllər də mövsümlə əlaqəli infeksiyalar səbəbindən uşaqlar arasında xəstələnmə artırdı. İndi də həmin vəziyyətdir. Sadəcə, koronavirus da öz təsirini göstərmiş olur”.

“Uşaqlar xəstəlikdən qorunmayan və peyvənd vurdurmayan təbəqə sırasında idi. Eyni zamanda yeni ştamlar mutasiyalara uğradığından hüceyrəyə daxilolma yolu da fərqlidir. Bir çox ölkədə 5 yaşdan yuxarı uşaqların peyvəndlənməsi tövsiyə olunub. Təəssüf ki, Azərbaycanda bu hal alqışlanmadı. Bütün hallarda uşaqlar böyüklərə nisbətdə yoluxmanı yüngül keçirir”, - T.Eyvazov bildirib.

Son xəbərlər

Orphus sistemi