İnfeksionist: Azərbaycanda səhiyyə sistemi düzgün inkişaf istiqamətində gedir

İnfeksionist: Azərbaycanda səhiyyə sistemi düzgün inkişaf istiqamətində gedir Azərbaycanda səhiyyə sistemi düzgün inkişaf istiqamətində gedir.
Sağlamlıq
3 İyun , 2023 18:16
İnfeksionist: Azərbaycanda səhiyyə sistemi düzgün inkişaf istiqamətində gedir

Azərbaycanda səhiyyə sistemi düzgün inkişaf istiqamətində gedir.

“Report” xəbər verir ki, bu barədə tanınmış infeksionist Polina Əliyeva Həmid Həmidovun “Danışaq?” verilişində deyib.

Onun sözlərinə görə, Azərbaycanın de-yure əla səhiyyə sistemi var: “Bəzi ölkələrin 20-30 ildə edə bilmədiklərinə nail olduq. Bizdə çatışmayan yaxşı, gənc, səriştəli, regionlarda işləməyə hazır mütəxəssislərdir. Bakıda isə kadrlarla bağlı problem yoxdur”, - o vurğulayıb.

P.Əliyeva stereotiplərlə bağlı bir sıra məsələlərə də toxunub: “Biz gənc həkimin rəhbər vəzifə tuta bilməyəcəyi stereotipini aradan qaldırmalıyıq. Mən bütün həkimlərin təcrübə və bacarıqlarına tam hörmətlə yanaşıram, lakin pandemiyanın bizə göstərdiyi kimi, çoxlu sayda mütəxəssislərə ehtiyacımız var”.

Son xəbərlər

Orphus sistemi