İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) kartof festivalı zamanı baş verdiyi iddia olunan kütləvi zəhərlənmə ilə bağlı məlumatlara münasibət bildirib.
İsmayıllı RİH başçısının birinci müavini Rövşən Ağayev "Report"a bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir:
"Kartof festivalı sentyabrın 18-i saat 12-də olub, xəstəxanaya müraciətlər isə bu gün, yəni sentyabrın 19-da qeydə alınıb. Ümumiyyətlə, baş verən hadisənin zəhərlənmə ilə heç bir aidiyyəti yoxdur. Sadəcə, əkin sahələrində fəhlə kimi işləyən yerli sakinlər günvurma diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bununla bağlı bizə baş həkim də məlumat verib. Müayinələrin nəticəsi sübut edir ki, xəstəxanaya müraciət edənlər günvurma ilə daxil olublar və onlarda heç bir zəhərlənmə əlamətləri müşahidə olunmayıb. Artıq həmin şəxslər hamısı evə buraxılıblar".
Qeyd edək ki,