İmmun sistemini zəiflədən amillər açıqlanıb
Sağlamlıq
- 30 aprel, 2020
- 11:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “AQTA maarifləndirir” rubrikası davam edir.
"Report" xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır.
Budəfəki maarifləndirici mövzu isə “İmmun sistemini zəiflədən amillər” haqqında olacaq.
Qeyd olunub ki, güclü immun sistemi sağlamlığın vacib şərtidir. İmmun sisteminin fəaliyyəti yaş və qidalanmadan asılı olaraq dəyişir. İmmun sisteminin zəifləməsinə səbəb olan bir sıra amillər də var:
- Ümumi gigiyena qaydalarına əməl etməmək və ya ifrat dərəcədə əməl etmək – Əllərin, dırnaqların, dişlərin, geyim və əşyaların təmiz saxlanması gigiyenanın əsas şərtidir. Ətrafdakı bakteriyalar, viruslar orqanizmə əllər, çirkli əşyalar, yaxşı yuyulmamış ərzaqlar vasitəsilə daha çox daxil olur ki, bu da müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir. Hər bir kəs şəxsi gigiyena qaydalarını vərdişə çevirməklə öz sağlamlığını qorumağı bacarmalıdır. Ətraf mühitin sterilliyi artdıqda da immun sistemin funksiyaları pozulur və avtoimmun xəstəliklərin inkişaf etmə ehtimalı yüksəlir. Hətta məişətdə ağardıcı təmizlik məhsullarının həddindən artıq istifadəsi uşaqların immun sistemini zəiflədir və nəticədə tez-tez xəstələnmələrinə səbəb olur.
- Xroniki xəstəliklər - Diabet, xroniki böyrək, qaraciyər və s. xəstəliklərin uzun müddət davam etməsinin immun sistemə mənfi təsiri böyükdür.
- Xroniki stress - Davamlı stress, gərginlik orqanizmin xəstəliklərə qarşı həssaslığını artırır, immun sisteminin fəaliyyətini aşağı salır.
- Yuxusuzluq – Yuxu insan sağlamlığında, o cümlədən immun sistemin fəaliyyətində böyük rol oynayır. Yuxu rejimi pozulduqda orqanizmdə stress halında adrenalin və kortizol hormonların səviyyəsi artırır və nəticədə immun sistemi zəifləyir. Həmçinin immunizasiya aktivliyi ləngiyir ki, bu da antitellərin ifrazını və immun cavab reaksiyasının sürətini gecikdirir.
- Siqaret və narkotik istifadəsi, alkoqolun qəbulu, az hərəkətli həyat tərzi, artıq çəki kimi faktorlar immun sisteminin zəifləməsində aparıcı rola malikdir.
- Şəkərdən istifadə - Həddindən artıq şəkər qəbulu immun sistemin fəaliyyətinə mənfi təsir edir, orqanizmin infeksiyalara qarşı müdafiəsini azaldır.
- Balanslaşdırılmamış və ya tək tip qidalanma - Normadan artıq, qeyri-sağlam qidalanma immun sistemin fəaliyyətini aşağı salan diabet və piylənmə riskini artırır. Arıqlamaq üçün pəhriz saxlayanların az və ya tək tip qidalanması, həmçinin mikroelement və vitaminlərin qida rasionunda çatışmazlığı immun sistemin funksiyasını azaldır və bu da bədənin xəstəliklərə qarşı müqavimətini zəiflədir.
- Mövsüm dəyişikliyi - Fəsil dəyişməsi immun sistemin fəaliyyətinin zəifləməsinə ciddi təsir göstərir.
- Avtoimmun xəstəliklər (revmatoid artrit və Kron xəstəliyi) zamanı istifadə edilən dərmanlar - Avtoimmun xəstəliyi immun sisteminin komponentlərinin orqanizmin öz hüceyrələrini tanımaması nəticəsində yaranır və nəticədə kəskin allergik reaksiyalara səbəb olur. Buna görə də immun sisteminin fəaliyyətini zəiflətmək üçün istifadə olunan dərmanlar çox zaman sonradan qazanılmış immun sisteminin çatışmazlığına gətirib çıxarır.
- İltihabi xəstəliklər zamanı istifadə olunan steroid tərkibli dərmanlar- Dərmanların yüksək dozalarda uzun müddət istifadə olunması immun sistemini zəiflədə biləcək amillərdəndir.
Son xəbərlər
11:15
"Azərmaş Group"un dövlət zəmanətli istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə
11:13
Türkdilli dövlətlər arasında ortaq ödəniş sistemlərinin yaradılması hədəflənir
Maliyyə
11:07
AMB data və süni intellektin idarə edilməsi üzrə çərçivə hazırlayır
Maliyyə
11:06
Naxçıvanda vergi ödəyicilərinin sayı 7 % artıb
Biznes
11:04
Edqar Abdullayev: "Türkdilli dövlətlər ödəniş platformalarının qurulması üzərində işləməlidir"
Maliyyə
11:03
AMB: Fintexlərimiz məhsullarını türk dövlətlərində sınaqdan keçirə biləcək
Maliyyə
11:03
"Qarabağ-2"nin məşqçisi Muarem Zekir dörd oyunluq cəza alıb
Futbol
11:03
Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb
Sənaye
11:02
Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə olunacaq
Milli Məclis