Həzmi yaxşılaşdıran və insanı cavanlaşdıran ideal meyvə bəlli odu

Həzmi yaxşılaşdıran və insanı cavanlaşdıran ideal meyvə bəlli odu Avokado çox faydalı xüsusiyyətlərə malikdir. Bunlardan biri də əhval-ruhiyyəni yaxşılaşdırmasıdır. Əhvalın yaxşı olması isə mədə-bağırsaq traktının işinə müsbət təsir edir.
Sağlamlıq
1828
24 May , 2021 04:06
Həzmi yaxşılaşdıran və insanı cavanlaşdıran ideal meyvə bəlli odu

Avokado çox faydalı xüsusiyyətlərə malikdir. Bunlardan biri də əhval-ruhiyyəni yaxşılaşdırmasıdır. Əhvalın yaxşı olması isə mədə-bağırsaq traktının işinə müsbət təsir edir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu həkim-diyetoloq Yelena Kalen bildirib.

Onun sözlərinə görə, tərkibində kalium başda olmaqla bir çox vitamin və mineral olan avokado iltihabla mübarizəyə kömək edir, immunitet sistemini gücləndirir və artrit riskini azaldır.

Bundan əlavə, meyvədə cavanlaşma və çəki azalmasına kömək edən antioksidanlar mövcuddur. Həm də, bu meyvədə həzm sisteminin işini, maddələr mübadiləsini yaxşılaşdıran və hormonlara müsbət təsir göstərən bir çox liflər də var.

Eyni zamanda, Avakado digər qidaların həzminə kömək edir və dadını artırır. Nəhayət, onun tərkibində folat da yüksəkdir, bu da serotonin səviyyəsini artırır və emosional çuxurlarla mübarizə aparmağa kömək edir.

Son xəbərlər

Orphus sistemi