Hemofiliya Mərkəzinin direktoru: "Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb”

Hemofiliya Mərkəzinin direktoru: "Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb” Hazırda ölkədə 42 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır
Sağlamlıq
1706
22 Fevral , 2017 11:47
Hemofiliya Mərkəzinin direktoru: Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb”

Bakı. 22 fevral. REPORT.AZ/ “Ötən illərlə müqayisədə bu gün Azərbaycada hemofiliyalı xəstələrin sayı artıb”.
“Report” xəbər verir ki, bunu Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının müdiri Elmira Qədimova deyib.
Onun sözlərinə görə, bu xəstəlikdən əziyyət çəkən insanların sayı ötən illərlə müqayisədə artıb: "Belə ki, əgər 2002-ci ildə bu xəstəlikdən əziyyət çəkən 916 nəfər var idisə, keçən il bu rəqəm 1541 nəfər olub. Bu gün ölkədə 1 103 nəfər hemofiliya A, 132 nəfər hemofiliya B, 206 nəfər isə villebrand (nadir hemotoloji xəstəliklər olan psevdohemofiliya) xəstəliyindən əziyyət çəkir".

Kafedra müdiri əlavə edib ki, Azərbaycanda da ən ağır hemofiliyalı xəstələr I profilaktikaya götürülür: "Xəstə uşaqlar ağır hemofiliyalı vəziyyətdən orta və yüngül vəziyyətə keçirilir, əlilliyin qarşısı alınır və sağlam uşaqlardan seçilmirlər. Bu gün 42 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır”.

Mərkəzin direktoru əlavə edib ki, hemofiliya nadir tapılan xəstəliklər sırasına daxildir: “Hemofiliya qanın laxtalanmasının pozulması ilə müşahidə olunan irsi xəstəlikdir. Bu gün Mərkəzdə 1550 xəstə qeydiyyatdadır. Kişilərdə hemofiliya A xəstəliyinin rastgəlmə tezliyi 1:10 min nisbətində, Hemofiliya B forması 1:30 min- 50 min arasında təşkil edir. Xəstələrin ümumi populyasiyasında 40-30% halda xəstəliyin sporadik formasına təsadüf olunur ki, bu hal da gendə baş verən patoloji mutasiya ilə əlaqədardır".

"Nadir hematoloji xəstəliklər hemofiliya (Psevdohemofiliya, fon Villebrand, qazanılmış), Mieloproliferektiv, Xroniki mieleykoz, kəskin leykozun promielositar variantı, çoxsaylı mieloma, mielofibroz, linfoma və digərləri daxildir. Bu xəstəliyin ölkə ərazisində yayılması 200 mini aşmırsa və hər 10 min nəfərə 7,5 xəstə qeydə alınırsa, həmin xəstəliyin müalicəsində istifadə edilən dərmanlara orfan dərmanlar deyilir. Son üç ildə orfan preparatları 23 % artıb. Dünyada 6 min formada orfan xəstəlik qeydə alınıb. Orfan xəstəliklərinin 80 %-i genetikdir", - deyə mütəxəssis qeyd edib.

Son xəbərlər

Orphus sistemi