"Bu gün hələ də süd vəzi xərçəngini protokola uyğun müalicə etdirməyən xəstələr var".
"Report" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya kafedrasının dosenti Həqiqət Vəliyeva Bakıda keçirilən II Süd Vəzi Xərçəngi Beynəlxalq Konqresində çıxışı zamanı deyib.
O bildirib ki, bu gün hətta xalq təbabəti ilə xərçəngi sağaldan, ixtisasa uyğun olmayan işlə məşğul olub diaqnoz qoyan, müalicə edən, eləcə də bir başqasının əməliyyat nəticəsini özününkü kimi təqdim edənlər də var.
H.Vəliyeva söyləyib ki, ölkədə hələ də süd vəzi xərçəngi ilə əlaqəli mastektomiya hallarının sayı çoxdur: "Digər ölkələrlə müqayisədə port az sayda xəstələrə qoyulur. Kontrol müşahidə dövründə də müəyyən problemlər var".