Həkim-infeksionist: “Azərbaycanda ölüm faizi bir çox ölkələrdən azdır”

Həkim-infeksionist: “Azərbaycanda ölüm faizi bir çox ölkələrdən azdır” “Almaniyada  COVID-19-la mübarizə çərçivəsində 10 min xəstənin məlumatları analiz edilərək xəstəxanadaxili ölüm faizləri 22 faiz olaraq göstərilib”.
Sağlamlıq
21 Avqust , 2020 17:19
Həkim-infeksionist: “Azərbaycanda ölüm faizi bir çox ölkələrdən azdır”

“Almaniyada COVID-19-la mübarizə çərçivəsində 10 min xəstənin məlumatları analiz edilərək xəstəxanadaxili ölüm faizləri 22 faiz olaraq göstərilib”.

"Report" xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, yaş qruplarına görə bu ölüm faizləri dəyişməkdədir.

“80 yaşın üzərində ölüm faizi 78 faiz, 70-80 yaş aralığında ölüm faizi 27 faiz, 60-70 yaş aralığında 15 faiz, 60 yaşdan aşağı 5 faizdir.

Mərkəzi Neftçilər Xəstəxanasında ölüm faizi hazırda 12 faizdir. Ümumilikdə Azərbaycanda COVID-a yoluxub ölənlərin fazi 1,5-1,6 arasında dəyişir”.

F.Sədirov əlavə edib ki, bu rəqəm İtaliya, Çin, İngiltərə kimi ölkələrlə müqayisədə çox aşağıdır:

“Bu, vaxtında görülən tədbirlərinvə öyrənilən xarici təcrübələrin nəticədirir.  Bu gün dünya nəyi bilirsə, biz onu bilirik”.

Son xəbərlər

Orphus sistemi