Gigiyena və Epidemiologiya Mərkəzinin müayinə cihazının fəaliyyəti bərpa edilib

Sağlamlıq
  • 28 dekabr, 2023
  • 09:25
Gigiyena və Epidemiologiya Mərkəzinin müayinə cihazının fəaliyyəti bərpa edilib

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin toksikoloji-kimyəvi müayinələr üzrə referens laboratoriyasındakı cihazın fəaliyyəti tam bərpa edilib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, artıq laboratoriyada böyrək və sümük iliyi köçürülən şəxslərin müayinələri aparıla bilər.