Gəncədə sərnişin avtobusları və taksilər dezinfeksiya edilir

Gəncədə sərnişin avtobusları və taksilər dezinfeksiya edilir Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Gəncə şəhərində ictimai nəqliyyat vasitələri dezinfeksiya olunur.
Sağlamlıq
24 Mart , 2020 19:11
Gəncədə sərnişin avtobusları və taksilər dezinfeksiya edilir

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Gəncə şəhərində ictimai nəqliyyat vasitələri dezinfeksiya olunur.

Bu barədə "Report"un Qərb Mərkəzinə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, dezinfeskiya işləri Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə şəhər İHB-ı Yanında Nəqliyyat və Sərnişindaşıma İdarəsinin təşkilatçılığı, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin, habelə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları tərəfindən aparılıb.

Şəhərdə taksi fəaliyyəti ilə məşğul olan avtomobillər dezinfeksiya olunublar. Avtomobillərin təkərlərinə, ön və arxa oturacaqlarına, habelə döşəmə və pəncərələrinə xüsusi dezinfeksiyaedici məhlul çilənərək, təmizlənib. 

Gəncədə sərnişindaşıma ilə məşğul olan avtobuslarda işlər səhər saatlarında, avtobuslar xəttə buraxılmamışdan öncə həyata keçirilib. İctimai nəqliyyat vasitələrinin döşəmə, oturacaq və tutacaqları xüsusi məhlulla dezinfeksiya olunub.

Koronavirus (COVID-19) əleyhinə profilaktik tədbirlər çərçivəsində həyata keçirilən dezinfeksiya işləri davam etdiriləcək. Dezinfeksiyaedici preparatların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.

Son xəbərlər

Orphus sistemi