Ekspertlər koronavirusun ən pis fəsadlarını müəyyənləşdirdilər

Ekspertlər koronavirusun ən pis fəsadlarını müəyyənləşdirdilər Britaniya və Amerika tədqiqatçıları koronavirusa yoluxmuş insanların sağlamlığı üçün ən pis fəsadları müəyyənləşdiriblər.
Sağlamlıq
6 Yanvar , 2021 07:38
Ekspertlər koronavirusun ən pis fəsadlarını müəyyənləşdirdilər
0 : 00
0 : 00

Britaniya və Amerika tədqiqatçıları koronavirusa yoluxmuş insanların sağlamlığı üçün ən pis fəsadları müəyyənləşdiriblər.

“Report”un məlumatına görə, bu barədə “Mirror” xəbər verib.

Alimlərin məlumatlarına əsasən, COVID-19-dan sağalanlar sonrakı aylar ərzində fiziki zəiflik, ürək əzələsinin iltihabı, böyrəklərin zədəsi, həmçinin "başda dumanlanma", sidik ifrazı problemləri ilə qarşılaşa bilərlər.

Bundan başqa, koronavirusdan sağalanlar ürəkkeçmədən, insultdan və qıcolmadan əziyyət çəkə bilərlər. Bəziləri həmçinin yarım ilə qədər işə və həyatın normal ritminə qayıda bilməmələrindən şikayətləniblər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi