Ekspert Çinin COVID-19-un öhdəsindən qısa müddətdə gəlməsinin sirrini açdı

Ekspert Çinin COVID-19-un öhdəsindən qısa müddətdə gəlməsinin sirrini açdı “Çin xüsusən sıravi vətəndaşlarının nizam-intizamı sayəsində COVID-19 pandemiyasını sürətlə dəf edə bildi”
Sağlamlıq
9 Dekabr , 2020 18:12
Ekspert Çinin COVID-19-un öhdəsindən qısa müddətdə gəlməsinin sirrini açdı

“Çin xüsusən sıravi vətəndaşlarının nizam-intizamı sayəsində COVID-19 pandemiyasını sürətlə dəf edə bildi”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu çinli ekspert, Sinhua Universiteti yanında Beynəlxalq Təhlükəsizlik və Strategiya Mərkəzinin baş elmi işçisi, Çin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Mərkəzinin keçmiş direktoru Çjou Bo deyib.

O bildirib ki, Çinin sirri nizam-intizam və həkimlərin tövsiyələrinin ciddi şəkildə yerinə yetirilməsindədir: “Biz iri – milyonlarla sakini olan şəhərləri, məsələn, Uhanı karantinə bağladıq. Kənardan bu, inanılmaz görünürdü. İnsanlar tam olaraq evdə qalır, qida məhsullarını isə onlara kuryerlər çatdırırdı. Amma bu, nəticə verdi. İndi isə Avropa ölkələrinə, məsələn, İtaliyaya və başqalarına baxın… Çin qədər intizamlı deyillər. Avropalılar azadlığı, xüsusən hərəkət azadlığını sevirlər. Onlar bundan əl çəkməyə hazır deyildilər”.

Ekspert həmçinin Çinin yeni şərtlərə sürətlə uyğunlaşdığını və tibbi texnologiyaları həyatda fəal şəkildə tətbiq etdiyini bildirib. O buna nümunə kimi bu yaxınlarda xəstəxanada xəstə qohumunu ziyarət edərkən həm girişdə, həm də çıxışda müayinədən keçməli olduğunu göstərib.

“Bu gün Çinin təcrübəsi bütün dünyada tətbiq olunur: bütün dünya maska taxır, halbuki əvvəlcə maska taxıb-taxmamaqla bağlı çoxlu söz-söhbət var idi”, - çinli ekspert əlavə edib.

Son xəbərlər

Orphus sistemi