Bakı. 8 noyabr. REPORT.AZ/ "Ebola" virusunun Liberiya və Qərbi Afrikada yayılması son günlər yavaşlayıb.
"Report" Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, müəyyən yavaşlamaya baxmayaraq, xəstəlik "dağıdıcı fəaliyyət"ini Liberiya ilə qonşu Sierra-Leonedə davam etdirir.
BMT-nin son məlumatına görə, Qərbi Afrikada "Ebola"dan ölənlərin sayı 5 min nəfərə çatıb. Ölənlərin yarıdan çoxu Liberiyadandır.