Dünyada son sutkada 515 mindən çox insanda koronavirus aşkarlanıb

Dünyada son sutkada 515 mindən çox insanda koronavirus aşkarlanıb Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 163,31 milyonu ötüb
Sağlamlıq
19 May , 2021 02:17
Dünyada son sutkada 515 mindən çox insanda koronavirus aşkarlanıb

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 163,31 milyonu ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd edilir ki, son 24 saat ərzində koronavirusa 515 mindən çox yeni yoluxma qeydə alınıb. Virusdan ölüm halları isə 11 mindən çox olub.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ərzində COVID-19-a 163 312 429 yoluxma, 3 386 825 ölüm haqqında məlumatlar daxil olub. Son sutkada virusa yoluxanların sayı 515 104, ölənlərin sayı 11 104 nəfər artıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi