Dünyada koronavirusa yoluxanların ümumi sayı 275 564 685 nəfərə çatıb.
Bu barədə “Report” ayrı-ayrı ölkələrin virusa yoluxma ilə bağlı statistikasına istinadən xəbər verir.
Hazıda dünyada koronavirusdan ölənlərin sayı 5 374 757 nəfər təşkil edir. Eyni zamanda pandemiya ərzində dünyada koronavirusa yoluxmuş 247 195 039 nəfər sağalıb.
Məlumata görə, dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. ABŞ-da koronavirusa ümumilikdə 51 887 523 yoluxma qeydə alınıb. Birləşmiş Ştatlar COVID-19-dan ölənlərin sayına görə dünyada birincidir. ABŞ-da 827 704 pandemiyanın qurbanı olub.
Hindistan dünyada koronavirusa yoluxma üzrə ikinci yerdədir. Belə ki, Hindistan COVID-19-a 34 746 838 insan yoluxub, virusun aşkarlandığı 477 554 insan ölüb.
Dünyada koronavirusa ən çox yoluxma halının aşkarlandığı Braziliyada ümumilikdə 22 213 762 insanda COVID-19-un əlamətləri qeydə alınıb. Braziliyada 617 838 insan pandemiyanın qurbanı olub.
COVID-19-un ən çox qeydə alındığı ölkələrin siyahısında sonrakı yerlərdə Böyük Britaniya, Rusiya Türkiyə, Fransa, İran, Almaniya, Argentina, İspaniyanın da adları var.
Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Lakin pandemiya ərzində Çində koronavirusa ümumilikdə 100 386 insan yoluxub, 4 636 nəfər ölüb.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.