Dünyada koronavirusa yoluxanların sayı 358 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 358 milyonu ötüb Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 358 287 267 nəfərə çatıb.
Sağlamlıq
26 Yanvar , 2022 10:50
Dünyada koronavirusa yoluxanların sayı 358 milyonu ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 358 287 267 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 614 675 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 72 171 208 nəfərə çatıb, 871 937 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 39 799 202 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 490 462 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 24 342 322 nəfər virusa yoluxub, onlardan 624 129 nəfəri ölüb.

Son xəbərlər

Orphus sistemi