Dünyada COVID-19-dan ölənlərin sayı 10 faiz azalıb

Dünyada COVID-19-dan ölənlərin sayı 10 faiz azalıb Bu həftə dünya üzrə 3,8 milyon nəfər koronavirusa yoluxub, 47 mindən çox insan isə COVID-19-dan ölüb.
Sağlamlıq
1 Dekabr , 2021 10:21
Dünyada COVID-19-dan ölənlərin sayı 10 faiz azalıb

Bu həftə dünya üzrə 3,8 milyon nəfər koronavirusa yoluxub, 47 mindən çox insan isə COVID-19-dan ölüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında qeyd olunub.

Məlumatıa görə, ötən həftə ilə müqayisədə bu həftə koronavirusdan ölənlərin sayı 10 faiz azalıb.

Təşkilatın bülleteninə əsasən, noyabrın 22-28-də dünya üzrə bir gündə 3 799 878 nəfər COVID-19-a yoluxub, 47 524 nəfər isə bu virusdan ölüb. Həftə ərzində yoluxma hallara ən çox ABŞ (464 800), Almaniya (406 754), Böyük Britaniya (304 374), Rusiya (239 215) və Fransada (190 402) yoluxma halları qeydə alınıb.

Noyabrın 30-na olan məlumata görə, dünya üzrə 261 435 768 yoluxma hadisəsi, 5 207 634 ölüm faktı qeydə alınıb. Son sutkada 398 754 nəfər COVID-19-a yoluxub, 5 901 nəfər isə bu virusdan ölüb.

Son xəbərlər

Orphus sistemi