Dünyada COVID-19-a yoluxanların sayı 645 milyonu ötüb

Dünyada COVID-19-a yoluxanların sayı 645 milyonu ötüb Bazar günü səhərə dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 645 milyon 19 min 571-ə çatıb
Sağlamlıq
4 Dekabr , 2022 11:28
Dünyada COVID-19-a yoluxanların sayı 645 milyonu ötüb

Bazar günü səhərə dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 645 milyon 19 min 571-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 640 min 437 nəfər COVID-19-a yoluxmanın nəticələrindən dünyasını dəyişib.

30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.

Xəstəliyə yoluxanların və infeksiyanın nəticələrindən ölənlərin sayı:

ABŞ - 98 milyon 967 min 906 və 1 milyon 81 min 431.

Hindistan - 44 milyon 674 min 390 və 530 min 627 (şənbə səhəri məlumatı).

Fransa - 38 milyon 174 min 893 və 160 min 133 (şənbə səhəri məlumatı).

Braziliya - 35 milyon 337 min 546 və 690 min 74 (şənbə səhəri məlumatı).

Almaniya - 36 milyon 557 min 861 və 158 min 198 (şənbə səhəri məlumatı).

Dünyada baş verən mühüm hadisələrlə bağlı statistik məlumatlar üzrə ixtisaslaşan “Worldometer” portalının məlumatına görə, planetdə hər 1 milyon nəfərə düşən ölüm göstəricisi 852,6 təşkil edib. ABŞ-da hər 1 milyon əhaliyə 3305, Hindistanda 377, Fransada 2426, Braziliyada 3205, Almaniyada 1886 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi