Dünyada bir gündə 355 mindən çox insanda koronavirus aşkar olunub

Dünyada bir gündə 355 mindən çox insanda koronavirus aşkar olunub Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı artmaqda davam edir.
Sağlamlıq
16 Noyabr , 2021 05:48
Dünyada bir gündə 355 mindən çox insanda koronavirus aşkar olunub

Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı artmaqda davam edir.

“Report” pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, dünya üzrə koronavirusa 355 232 yoluxma halı aşkarlanıb, 4 396 nəfər infeksiya səbəbindən həyatını itirib.

Bütövlükdə koronavirusdan 5 120 234 ölüm halı qeydə alınıb. İnfeksiyaya yoluxanları sayı isə 254 443 207 nəfəri ötüb. Eyni zamanda, 230 milyondan çox insan COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 19 258 898 min aktiv xəstədən 77 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Yoluxanların sayına görə ikinci yerdə Hindistan, üçnücü yerdə isə Braziliya qərarlaşıb.

Xatırladaq ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi