Dünyada 6 milyona yaxın tibb bacısı çatışmır

Dünyada 6 milyona yaxın tibb bacısı çatışmır Dünyada koronavirus pandemiyasına qarşı daha effektli mübarizə aparmaq üçün 5,9 milyon tibb bacısı çatışmır.
Sağlamlıq
7 Aprel , 2020 10:36
Dünyada 6 milyona yaxın tibb bacısı çatışmır

Dünyada koronavirus pandemiyasına qarşı daha effektli mübarizə aparmaq üçün 5,9 milyon tibb bacısı çatışmır. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünyan Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

Sənədə əsasən, hazırda dünya səhiyyə sistemində 28 mln. tibbi bacısı işləyir.

2013-2016-cı illərdə onların sayı 4,7 milyon çoxalsa da, bu sahədə çatışmazlıq qalmaqdadır. Bildirilib ki, tibbi işçiləri əsasən Afrika, Cənub-Şərqi Asiya ölkələrində və başqa yerlərdə çatışmır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 348 000-i ötüb. Bunların 286 512 nəfəri sağalıb, 74 793 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi